“Real”ın futbolçusu “Mançester Yunayted” yolunda

16:39 4 Fevral 2015

Madrid “Real”ının fransalı müdafiəçisi Rafael Varan karyerasını İngiltərədə davam etdirə bilər.

Sportarena.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.

Premyer Liqa klubunun rəhbərliyi qarşı tərəfə rəsmi təkliflə müraciət edib. Əgər Varanın transferi baş tutmasa, mançesterlilər Dortmund “Borussiya”sının üzvü Mats Hummelslə danışığa başlayacaqlar.

Qeyd edək ki, Varanla “Çelsi” də maraqlanır. Öz növbəsində, “Real” rəhbərliyi də onunla əməkdaşlığı davam etdirmək niyyətindədi. 

 


Digər xəbərlər

Xəbər xətti