Cerrard 700-ə çatdı

00:35 6 Fevral 2015

"Liverpul" İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin cavab görüşündə "Bolton"u  2:1 hesabı ilə məğlub edib.

Sportarena.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu qarşılaşma komandanın kapitanı Stiven Cerrard üçün əlamətdar olub. 34 yaşlı yarımmüdafiəçi "Liverpul"da 700-cü matçına çıxıb.

Qeyd edək ki, S.Cerrard 1998-ci ildən "Liverpul"da çıxış edir.

 


Digər xəbərlər

Xəbər xətti