"Mançester Yunayted"də yeni seks qalmaqalı

22:56 8 Fevral 2015

İngiltərə Premyer Liqasında çıxış edən “Mançester Yunaytet”in futbolçuları haqqında yeni bir seks qalmaqalı ada mətbuatına yayılıb.

Sportarena.az “The Sun”-a istinadən xəbər verir ki, “Mançester Yunayted”in futbolçularından biri gecə klubunun ayaqyolunda bir qadınla cinsi əlaqədə olarkən komanda yoldaşları bunu videoya çəkiblər.

Bütün adlar, video polis tərəfindən gizli saxlanılıb və yalnız qadının 20 yaşında olduğu açıqlanıb.

Qeyd edək ki, 2011-ci ilin may ayında “Mançester Yunayted”in futbolçusu Çed Evans 19 yaşlı ofisant qızı zorladığı üçün 5 il həbs olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti