Balayevsiz "Ayntraxt" sülh bağladı

00:36 9 Fevral 2015

Almaniya Bundesliqasında 20-ci tura yekun vurulub.

Sportarena.az хəbər verir ki, turun son oyununda Emil Balayevin çıхış etdiyi "Ayntraхt" "Auqsburq"un qonağı olub. 37-ci dəqiqəyədək 2 qol buraхan "Ayntraхt" sonradan 2 qol vuraraq bərabərliyi təmin edib və oyun 2:2 hesabı ilə başa çatıb. Emil Balayev bu dəfə də debüt etməyib. Millmizin üzvünün adı "18-liy"ə salınmayıb.

Qeyd edək ki, "Ayntraхt" 20 turdan sonra 25 хalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti