"Arsenal"ın hücumçusu qayıdır

16:54 9 Fevral 2015

"Arsenal"ın futbolçusu Aleksis Sançes zədəsini sağaldıb.

Sportarena.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Arsen Venger məlumat verib. O bildirib ki, çilili hücumçu İngiltərə Premyer Liqasında "Lester"ə qarşı matçda iştirak edə biləcək.

Qeyd edək ki, A.Sançes zədə səbəbindən "Aston Villa" və "Tottenhem"lə oyunları buraxmışdı.


Digər xəbərlər

Xəbər xətti