Uilşir "Arsenal"dan ayrılır?

18:15 9 Fevral 2015

"Arsenal" klubunun futbolçusu Cek Uilşir komandadan ayrıla bilər. 

Sportarena.az xəbər verir ki, bu xəbəri ingilis mətbuatı yazır. "The Daily Express" qəzeti iddia edir ki, "Arsenal" rəhbərliyi futbolçunun çıxışından razı deyil. Dayaq yarımmüdafiəçisinin zədəyə meyilli olduğuna görə stabil performans göstərməməsi Arsen Venqeri narahat edir.

Buna baxmayaraq, Uilşir ilə maraqlanan klubların sayı az deyil. Gənc oyunçunu "Liverpul" klubdan ayrılan Cerrarda əvəzləyici kimi görür.

 


Digər xəbərlər

Xəbər xətti