"Arsenal" və "Liverpul" qələbə qazandı

11:31 11 Fevral 2015

İngiltərə Premyer Liqasında 25-ci turun oyunlarına start verilib.

Sportarena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. “Arsenal” doğma meydanda “Lester”i qəbul edib və rəqibinə 2:1 hesabı ilə qalib gəlib. “Aston Villa” səfərdə “Hall Siti”yə uduzub – 0:2. “Liverpul” isə doğma meydanda "Tottenhem"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:2. Turun qalan altı oyunu bu gün keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti