Arsen Venger: "İnsanlar "Financial fair play"in nə olduğunu başa düşmür"

11:25 11 Fevral 2015

İqtisadiyyat sahəsində kifayət qədər biliyi olan Arsen Venger "Financial fair play" qaydalarına münasibət bildirib.

Sportarena.az xəbər verir ki, "Arsenal"ın çalışdırıcısı bu proseduru anlamasa da, ona hörmət etdiyini vurğulayıb.

"Hər şey "Financial fair play" anlayışı əsasında nəyin nəzərdə tutulmasından asılıdır. Çünki bu anlayış dəyişib. Bu, matçlara biletlərin satılmasından əldə olunan gəlirdir? Yoxsa bilet satışı və reklam gəlirləri? Bəlkə teleyayım hüququnun satılmasından qazanılan vəsait? İnsanlar "Financial fair play"in nə olduğunu başa düşmür. Qaydalar qəlizdir. Axı futbol idmanın məşhur növüdür. Qaydaların anlaşılan olması üçün sadə və dəqiqliyinə diqqət yetirmək lazımdır. Küçədə 10 adamdan, sonra da məndən "Financial fair play" barədə soruşsanız, futbolun içində olmağıma baxmayaraq, bu barədə dolğun təsəvvürə malik olmadığımı görəcəksiniz. İstənilən halda bu qaydalara hər kəs hörmət etməlidir. Əgər "Finanacial fair play"a hörmətlə yanaşan klub axtarsaz, "Arsenal"ı xüsusi qeyd etməlidir".

 


Digər xəbərlər

Xəbər xətti