"Məni Messi ilə müqayisə etmək olmaz"

23:51 11 Fevral 2015

"Bayer Münhen"in oyunçusu Mario Götze Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib. 

Sportarena.az xəbər verir ki, 2014-cü ilin dünya çempionu bu sözlərlər razılaşmayıb.

"Messi "Barselona"da çıxış etdiyi müddətdə göstərib ki, tamamilə başqa səviyyədə çıxış edir. Məni onunla müqayisə etmək olmaz. Leo o qədər uğurlara nail olub ki, ona çatmaq qeyri-mümkündür. Messi xüsusi oyunçudur. Tez-tez Yoahim Lövün məni Messi ilə müqayisə etdiyi açıqlamasına qulaq asıram. Löv bu sözləri mənə motivasiya vermək üçün demişdi və buna da nail olub. Qvardiolanın məni Messinin səviyyəsinə yüksəltməsi əla olardı. Amma, dediyim kimi, onun səviyyəsinə yaxınlaşmaq olar. Lakin onun kimi stabil oynamaq çətindir".

 


Digər xəbərlər

Xəbər xətti