"Fənərbağça"nın oyunçuları cəzalandırıldı

22:52 12 Fevral 2015

Türkiyə Futbol Federiyasının İntizam Komitəsi "Fənərbaxça"nın qapıçısı Volkan Dəmirəli sərt cəza tətbiq edib.

Sportarena.az xəbər verir ki, təcrübəli qolkiper 4 oyunluq cəzalandırılıb. Buna onun Türkiyə superliqasında "Trabzon"a qarşı (0:0) matçdan sonra rəqib komandanın iki nümayəndəsini təhqir etməsi səbəb olub.

Bundan başqa, V.Dəmirəl 23 min 500 türk lirəsi cərimə ödəməli də olacaq.

Qeyd edək ki, "Fənərbaxça"da V.Dəmirəllə yanaşı, Caner Erkin də cəzalandılıb. O, "Trabzonspor"la görüşdən sonra hakimə narazılığını sərt şəkildə bildirdiyi üçün bir oyun buraxmalı olacaq.

 


Digər xəbərlər

Xəbər xətti