Türkiyənin "şorgöz" məşqçisi yenə “iş başında” yaxalandı - FOTOLAR

Sportarena.az      13 Fevral 2018, 18:21

Dəfələrlə müxtəlif gənc xanımlarla mətbuatda görüntülənən, həyat yoldaşı  Şenay Yanalın bir müddət öncə boşanmaq üçün məhkəməyə verdiyi Ersun Yanal yenə kameralara tuş gəlib.

 

Sportarena.az xəbər verir ki, "Trabzonspor"un baş məşqçisi ötən axşam əsmər gözəlçəylə oteldən çıxarkən paparatsilərin diqqətindən yayınmayıb. Fotoqraflara əsəbləşən Yanal mühafizəçilərə “Bizi haradan tapdılar. Bu məsələni həll edin” deyə göstəriş verib.

 

Xatırladaq ki, bir müddət əvvəl "Fənərbaxça"nın prezidenti Aziz Yıldırım Türkiyənin “Milliyet” qəzetinə müsahibəsində Yanal haqqında belə fikir bildirmişdi:

 

“Məşqlərdə Yanalın nə ilə məşğul olduğunu kaş ki görsəydiniz. Kopenhagendə futbolçulara iki gün yarım istirahət verdi. Onun özünün isə başı gecə həyatına qarışmışdı. Öyrəndim ki, uşaqlara icazə verib, özü də meneceri və bir də sevgilisi ilə ya kafedə, ya gecə klublarının birində əylənib”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin