Fransa Liqa 1 - Bütün nəticələr

00:21 16 Fevral 2015

Fransa Liqa 1-ində XXV turun növbəti oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, turun açılış matç günündə azarkeşlər yalnız 1 qarşılaşmaya şahidlik ediblər.

 

Belə ki, liderlər qrupunda qərarlaşan “Marsel” evdə “Reyms”lə üz-üzə gəlib. Meydan sahibləri qələbə qazansaydı, müvəqqəti də olsa, zirvəni ələ keçirəcəkdi. Lakin Marsel təmsilçisi hesabda üstünlüyünü qoruya bilməyib və son anda qələbəni ədən verib – 2:2.

 

PSJ doğma divarlar arasında “Kan”la üz-üzə gəlib. Bu görüşdə də qalib müəyyənləşməyib. Hesabda 2 top fərqi ilə öndə olan Paris klubu oyunun sonlarında 2 dəfə mərkəzdən başlamağa məcbur olub.

 

“Lans” “Evyan”a, “Nant” “Bastiya”ya eyni hesabla uduzub - 0:2.

 

Tura liderin oyunu ilə yekun vurulub. “Lion” səfərdə “Loryan” ilə 1:1-lik bərabərə qalıb.

 

Qeyd edək ki, “Monako” - “Monpelye” qarşılaşması əlverişsiz hava şəratinə görə, təxirə salınıb.

 

 

Fransa Liqa 1

XXV tur

13 fevral

“Marsel” – “Reyms” - 2:2

Qollar: Payet, 58, Ayu, 69 - De Preville, 6, N'Qoq, 90

 

14 fevral

PSJ – “Kan” - 2:2

Qollar: İbrahimoviç, 2, Lavezzi, 40 - Sala, 89, Bazile, 90+2

 

“Lans” – “Evyan” - 0:2

Qollar: Duhamel, 19; 36

 

“Lill” – “Nitsa” - 0:0

 

“Monako” – “Monpelye” (Təxirə salındı)

 

“Nant” – “Bastiya” - 0:2

Qollar: Sio, 30, Ayite, 75

 

"Tuluza” – “Renn” - 2:1

Qollar: Trejo, 9, Pesiç, 84 - Toyvonen, 82

 

15 fevral

“Bordo” – “Sent-Etyen” - 1:0

Qol: Rolan, 42

 

“Mets” – “Genqam” - 0:1

Qol: Mandanne, 26; Pied,39

 

00:00 “Loryan” – “Lion” 1:1

Qollar: Ayev, 50; Njie, 78

 


Xəbər xətti