Hollandiyalı futbolçu: "Robben maşındır"

19:11 14 Fevral 2015

"Hamburq"un yarımmüdafiəçisi Rafael van der Vaart "Bayern Münhen"lə oyundan öncə rəqib komandanın futbolçusu Aryen Robben haqqında fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Van der Vaart həmyerlisi haqqında xoş sözlər söyləyib.

 

"Robben maşındır. Ümid etməliyik ki, Aryen üçün yaxşı gün olmayacaq. Fikrimcə, Robben dünyanın ən güclü 10 futbolçusu sırasındadır. O, çətin vaxtlardan da keçib. Məsələn, 2011/12 mövsümündə "Borussia Dortmund"un qapısına təyin olunan penaltini reallaşdıra bilməməsi. Amma Robben mental cəhətdən güclüdür. Bu futbolçunun neytrallaşdırmaq bizim komanda üçün həddən artıq çətindir".

 


Digər xəbərlər

Xəbər xətti