Millimiz Fransaya qalib gəldi

22:34 16 Fevral 2015

Azərbaycanın qadın otüstü hokkeyçilərindən ibarət millisi Dünya hokkey Liqasının ikinci mərhələsində növbəti qələbəsini qazanıb. 
 

Sportarena.az xəbər verir ki, Uruqvayın paytaxtı Montevideoda təşkil olunan yarışda “B” qrupunda millimiz Fransa yığması ilə qarşılaşıb. Görüş hokkeyçi qızlarımızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

İlk görüşdə millimiz Trinidad-Tobaqo kollektivinə 5:1 hesabı ilə qalib gəlib.

 

Baş məşqçi Adil Paşayevin yetirmələri növbəti oyunu fevralın 17-də Keniya komandasına qarşı keçirəcəklər.

 

Turnirin finalçıları Dünya hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq. Uruqvayda üçüncü yeri tutan komanda da belə bir şansa sahib ola bilər. Martda Dehli və Dublində keçiriləcək analoji yarışların yekununda isə üçüncü yeri tutan komandalar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.

 


Digər xəbərlər

Xəbər xətti