"Belə futbolçulara sahib komanda çempionatı tərk etməməlidir"

19:43 17 Fevral 2015

Bundesliqasında məşqçi qovulması baş verib. 

 

Sportarena.az xəbər verir ki, "Maynts" rəhbərliyi baş məşqçi Kesper Yulmannı qovub. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb. "Maynts" 21 turdan sonra 22 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Mətbuatın iddiasına görə, klub rəhbərliyi günün sonuna qədər bununla bağlı rəsmi açıqlama yayacaq.

 

Rəhbərlik danimarkalı mütəxəssislə yolları uğursuz nəticələr ucbatından ayırıb. Onlar Kesperin "Maynts"ı elitada saxlaya biləcəyinə inanmadığından, onunla ayrılmaq qərarı veriblər. Klubun idman direktoru Kristan Haydel mətbuata açıqlama verib: "Belə futbolçulara sahib komanda Bundesliqanı tərk etməməlidir".

 

 


Digər xəbərlər

Xəbər xətti