“İnter” milli üzvünü əvəzedici heyətə göndərdi

15:50 18 Fevral 2015

“İnter”in aparıcı futbolçularından olan Nizami Hacıyev əsas komandadan ayrı qalıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli futbolçu əvəzedici heyətlə birgə məşq edir.

 

Zədədən yeni qayıdan milli komandamızın üzvü bu gün “İnter”in əvəzedicilərinin heyətində AZAL-la səfər matçında meydançaya da çıxıb. 27 yaşlı yarımmüdafiəçi hətta 2:2 hesabı ilə nəticələnən qarşılaşmada fərqlənib. AZAL-ın 2:0 hesabı ilə öndə olduğu bir vaxt səhnəyə çıxan Hacıyev 84-cü dəqiqədə fərqi minimuma endirib. Mirsahib Abbasovun son dəqiqədə penaltidən vurduğu qol “İnter”ə 1 xal qazandırıb.

 

AZAL-ın qollarına isə Fərid Hacıyev (35-ci dəqiqə) və qış fasiləsi ərəfəsində “Araz Naxçıvan”dan alınan Azər Məmmədov (72) imza atıblar.

 

Qeyd edək ki, Nizami Hacıyev sonuncu dəfə XX turda “Xəzər Lənkəran”la səfər matçının son 15 dəqiqəsində “İnter”in əsas komandasında çıxış edib.

 


Digər xəbərlər

Xəbər xətti