RƏSMİ: "Lokomotiv" futbol klubu fəaliyyətini dayandırdı

15:12 19 Fevral 2015

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərar qəbul olunub. 

 

 

Sportarena.az xəbər verir ki, “18 fevral 2015-ci il tarixli 79 saylı məktubla “Lokomotiv” klubu fəaliyyətini dayandırması və növbəti turdan etibarən Azərbaycan I divizionunda çıxışını davam etdirməyəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib. PFL  bu məsələ ilə bağlı İntizam Komitəsinə müraciət edərək müvafiq qərarın çıxarılmasını bildirib.  Yuxarıda göstərilənləri nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

 

 

“Lokomotiv” klubu 2014/2015 mövsümündə Azərbaycan I divizionundan xaric edilsin. Klub oyunların 50% - də iştirak etdiyinə görə, klubun iştirakilə keçiriləcək növbəti matçlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilsin.( maddə 56.3).

 


Xəbər xətti