"Ştutqard" - "Borussiya D" 2:3 - VİDEO

12:09 21 Fevral 2015

Dünən Almaniya Bundesliqasında 22-ci tura start verilib.

 

Sportarena.az  xəbər verir ki, turun açılış oyununda “Ştutqart” Dortmund “Borussiya”sını qəbul edib.

 

İkinci dövrəyə uğursuz başlayan Yürgen Kloppun komandası, deyəsən, yavaş-yavaş özünə gəlir. Ardıcıl üçüncü qələbə belə deməyə əsas verir. Amma “Ştutqart” üzərində qələbə asanlıqla qazanılmadı. Bundesliqada qalmaq uğrunda mübarizə aparan şvabiyalılar son dəqiqəyə kimi vuruşdu. Oyunun taleyini səviyyə fərqi həll etdi.

 

Bundesliqa, 22-ci tur

 20 fevral

 Ştutqart - Borussiya D 2:3

 

Qollar: Klayn, 32-p. Nidermeyer, 91 - Obameyanq, 25. Gündoğan, 39. Roys, 89.

 

Turun qalan oyunları bu gün və sabah keçiriləcək.

 


Xəbər xətti