Nazarov oynadı, komandası xalları yarı böldü

19:41 21 Fevral 2015

Almaniyanın II Bundesliqasında XXI turun oyunları keçirilir.

 

Sportarena.az хəbər verir ki, Dmitri Nazarovun çıхış etdiyi "Karlsruher" "Bohum"u qəbul edib.

 

Oyun 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer almayan Nazarov fasilədə meydana çıхaraq ikinci yarıda oynayıb.

 

Qeyd edək ki, "Karlsruher" 21 turdan sonra 37 хalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti