Emil Balayevin komandası məğlub oldu

12:16 22 Fevral 2015

Almaniya Bundesliqasında 22-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə "Maynts"ın qonağı olub. Qarşılaşma futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Emil hazırda Antalyada təlim-məşq toplanışında olan Azərbaycan yığmasının düşərgəsində olduğundan bu görüşün iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Ayntraxt" hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti