Covanni Trapattoni Afrikaya gedir

13:02 22 Fevral 2015

Covanni Trapattoni Seneqal yığmasına başçılıq edə bilər.

 

Sportarena.az xəbər verir ki, 76 yaşlı mütəxəssis Afrika Millətlər Kubokunda uğursuz çıxışdan sonra istefaya göndərilən Alen Jiressi əvəzləyəcək.

 

İtaliya mətbuatı iddia edir ki, Trapattoni boş qalan posta əsas namizədçilərdən biridi.

 

Qeyd edək ki, Covanni Trapattoni 2013-cü ilin sentyabrında İrlandiya millisinin “sükanı arxası”nı tərk edib. 

 


Xəbər xətti