Amit izlədi, "Atletiko" qələbə qazandı

12:44 23 Fevral 2015

Portuqaliya çempionatının 2-ci Liqasında 29-cu turun oyunları keçirilib. 

 

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Akademiko Vizeu” ilə üz-üzə gəlib. Oyun "Atletiko"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Quluzadə isə matçın sonuna kimi ehtiyat oyunçular skamyasında oturub. "Atletiko" hazırda 30 xalla 19-cu yerdə qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti