Futbolçunu it dişlədi - FOTO

17:34 23 Fevral 2015

Braziliyanın Minas Qerais regional liqasının "Demokrata" - "Tupi" qarşılaşmasında maraqlı hadisə yaşanıb. 

 

 

Sportarena.az  xəbər verir ki, "Demokrata"nın hücumçusu Joao Paulonu it dişləyib. Belə ki, oyunun gedişində sürətli reyd edən futbolçu, müvazinətini itirərək meydandan kənarda dayanan polisin yanına yıxılıb.

 

 

Bu zaman polisin iti futbolçunun qolunu dişləyib. Pauloya ilk tibbi yardım göstərildikdən sonra o, meydana daxil olub. Oyundan sonra xəstəxanaya aparılan futbolçuya quduzluğa qarşı peyvənd vurulub. Klub rəhbərliyi Paulonun səhhətində problem olmadığını açıqlayıb.

 


Digər xəbərlər

Xəbər xətti