Mahir Şükürovun yeni baş məşqçisi - FOTO

16:42 24 Fevral 2015

Milli komandamızın müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka” yeni baş məşqçisinə qovuşub.

 

Sportarena.az xəbər verir ki, Yusuf Şimşəkin gedişindən sonra boş qalmış postu əfsanəvi “Qalatasaray”lı Ayhan Akman tutub.

 

Bu gün klubun ofisində baş tutan görüşün yekunu olaraq 38 yaşlı mütəxəssislə müqavilə imzalanıb.

 

Maraq üçün əlavə edək ki, Ayhan Akman son olaraq “Erciyesspor”da Bülənt Qorxmazın köməkçisi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, “Karşıyaka” hazırda Türkiyə PTT I liqasında 30 xalla 8-ci pillədə qərarlaşıb.

 


Xəbər xətti