"Şuşa" Almaniyadan futbolçu transfer etdi

13:32 26 Fevral 2015

I Divizion təmsilçisi "Şuşa" heyətini daha bir futbolçu ilə gücləndirib.

 

 

Sportarena.az  xəbər verir ki, Tərlax Xəlilov və Fərid Quliyevi heyətinə qatan Şuşa təmsilçisinin növbəti transferi Almaniyadan olub.

 

Almaniya regional liqasında Berlini təmsil edən həvəskar komandadan gələn futbolçunun adı Yazdan Afşanidir. Ampluası yarımmüdafiəçidir. Bu futbolçu haqda məlumat toplamağa çalışarkən məlum oldu ki, Almaniyadan gəlsə də əsli Azərbaycandandır. Atası Əfşan Ağdamda doğulub. Sonradan işlə bağlı Almaniyaya köçüb və Yazdan da Berlində dünyaya göz açıb. Məhz bu səbəbdən də "Şuşa"nın heyətində legioner kimi çıxış etməyəcək.

 


Xəbər xətti