"Borussiya"nın stadionunda 250 kq-lıq bomba tapılıb

Sportarena.az      26 Fevral 2018, 22:58

Stadion yaxınlığında tapılan 2-ci dünya müharibəsindən qalma bomba zərərsizləşdirilib.

 

 

Sportarena.az xəbər verir ki, Almaniya Bundesliqasında çıxış edən “Borussiya Dortmund”un sahib olduğu meydanın yaxınlığında bomba tapılıb. 2-ci dünya müharibəsindən qalma bomba zərərsizləşdirilib.

 

Bomba 250 kq çəkisində olub və stadionun VİP bölməsində aparılan təmir işləri zamanı havadan çəkilən şəkillər nəticəsində tapılıb. Bombanın tapılması ilə “Siqnal İduna Park” stadionuna giriş qadağan olunub.

 

“Borussiya” klubunun baş məşqçisi Yürgen Klop mətbuat konfransını bu səbəbdən komandanın məşq keçdiyi Braskel yaxınlığındakı stadionda keçirib.

 

Bomba zərərsizləşdirildikdən sonra giriş qadağası aradan qaldırılıb.

 

Qeyd edək ki, “Borussiya” klubu fevralın 28-i Bundesliqada “Şalke” ilə arşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin