"Rəvan"da maliyyə böhranı: Maaşlar azaldıldı

16:10 1 Mart 2015

Daha öncə xəbər verdiyimiz kimi, AFFA və “Rəvan” arasında olan bütün münasibətlər donduğundan federasiyadan kluba verilən bütün maliyyə yardımları kəsilib.

 

 

Sportarena.az saytına etibarlı mənbədən daxil olan məlumata görə “Rəvan” klubunda gözlənilən maliyyə böhranı artıq başlayıb. Belə ki, kluba AFFA tərəfindən ayrılan maliyyə yardımlarının gəlişinin kəsilməsindən sonra rəhbərlik radikal addımlara yol atıb. Futbolçu və bütün texniki heyyətin maaşları azaldılıb. Yaxın günlərdə klubun öz işçiləri arasında ixtisarlara başlayacağı da gözləniləndir.

 

Məsələni yaxın günlərdə də diqqətdə saxlayacayıq.


Digər xəbərlər

Xəbər xətti