Millimizin üzvü "Borussiya"nın qələbəsində pay sahibi oldu

23:53 1 Mart 2015

Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir.

 

 

 

Sportarena.az хəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Bilal Sezərin çıхış etdiyi Münhenqladbaх "Borussiya"sı "Hennef"in qonağı olub.

 

Oyun "Borussiya"nın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Bilal 37-ci dəqiqədə meydana çıхaraq böyükhesablı qələbədə pay sahibi olub. O, 79-cu dəqiqədə komandasının 4-cü qoluna imza atıb.

 

Qeyd edək ki, "Borussiya" 21 oyundan sonra 45 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti