Azərbaycan kubokunun 1/4 final mərhələsi - Tarixə səyahət

10:48 2 Mart 2015

 Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, mübarizəni davam etdirəcək 4 cütdən üçü əvvəlki mövsümlərdə də münasibətlərini aydınlaşdırıb.

 

1/4 final mərhələsi
İlk oyunlar

4 mart


11. "Neftçi" – AZAL – indiyədək görüşməyiblər


12. "İnter" - "Xəzər Lənkəran" – 8 oyun, +2=3-3, top fərqi 8:10

6-cı dəfə kubokda yolları kəsişən komandalar 5 dueldə 8 matça çıxıb. Bunlardan ikisi finala təsadüf edib. Kiçik üstünlüyə malik “Xəzər Lənkəran” bu görüşlərin hamısında qol sevinci yaşayıb. Amma “İnter” son 3 oyunda rəqibinə uduzmayıb.

2004/05

1/2 final

İnter (Bakı) - Xəzər-Lənkəran

2:1, 1:1

2006/07

1/2 final

İnter (Bakı) - Xəzər-Lənkəran

0:1, 0:1

2007/08

final

Xəzər-Lənkəran - İnter (Bakı)

2:0  

2010/11

final

Xəzər Lənkəran - İnter  (Bakı)

1:1, pen. 4:2

2011/12

1/4 final

İnter (Bakı) - Xəzər Lənkəran

3:2, 1:1


13. "Qarabağ" - "Bakı" – 8 oyun, +5=2-1, top fərqi 10:5
Əvvəlki 4 dueldən yalnız birində mərhələ adlayan “Bakı” cəmi 1 matçda qələbə qazanıb. Böyük üstünlüyə malik “Qarabağ” son 3 ev oyununda qol buraxıb.

1997/98

1/4 final

Dinamo (Bakı) - Qarabağ (Ağdam)

0:0, 0:2

2005/06

1/4 final

Qarabağ (Ağdam) - Bakı

3:2, 0:0

2008/09

1/2 final

Bakı - Qarabağ (Ağdam)

1:2, 1:2

2011/12

1/2 final

Bakı - Qarabağ (Ağdam)

0:1, 1:0, p.5:4

 

14. "Qəbələ" - "Simurq" – 2 oyun, +1=0-1, top fərqi 2:2

Kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar 8 ildən sonra üz-üzə gələcək. Hər iki klubun öz meydanında qalib gəldiyi əvvəlki duelin taleyini səfər qolu həll edib. Nəticədə hər iki görüşdə qol vuran “Qəbələ” mərhələ adlayıb.

2007/08

1/8 final

Qəbələ - Simurq (Zaqatala)

1:0, 1:2

 


Xəbər xətti