Premyer Liqada tükürpədən zədə - FOTO (18+)

Sportarena.az      2 Mart 2015 , 12:14

İngiltərə Premyer Liqasının 27-ci turunda keçirilən “Stok Siti” - “Hall Siti” matçında ürəkağrıdan hadisə baş verib.

 

 

 

Sportarena.az xəbər verir ki, qonaqların müdafiəçisi Meynor Fiqeroa ilk hissənin sonlarında Stiven Ayrlendə qarşı sərt sürüşmə fəndi işlədib. Nəticədə “Stok Siti”nin yarımmüdafiəçisi oyunu davam etdirə bilməyib və fasilədə əvəzlənib. Sonradan məlum olub ki, Ayrlendin ayağına 13 tikiş vurulub.

 

Maraqlıdır ki, bu kobudluğa görə matçın baş hakimi Nil Suorbrik Fiqeroaya heç sarı vərəqə də göstərməyib. Elə bundan hiddətlənən “Stok Siti”nin baş məşqçisi Mark Hyuz referini qınayıb:

 

“Ayrlend dəhşətli zədə alıb. Hətta karyerasını da bitirə bilərdi. Başa düşə bilmirəm, niyə hakim Fiqeroaya birbaşa qırmızı vərəqə vermədi?”

 

Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə (1:0) başa çatıb. Amma Ayrlendin ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin