"Çelsi"nin yeni formaları - FOTOLAR

15:15 2 Mart 2015

"Çelsi"nin 2015/2016 mövsümündə geyinəcəyi formaların şəkilləri yayılıb.

 

 

Sportarena.az xəbər verir ki, "Çelsi" növbəti mövsümdən oyunlara üzərində yeni baş sponsoru – Yaponiyanın "Yokohama" şirkətinin adı yazılan formalarla çıxacaq.

London klubu Yaponiyanın "Yokohama" şirkəti ilə 5 illik müqavilə imzalayıb.

Komanda doğma meydanda mavi, səfərdə isə ağ rəngli formanı geyinəcək. "Çelsi"nin ehtiyat forması isə qara rəngdə olacaq.

Qeyd edək ki, "Çelsi"nin formalarını "Adidas" şirkəti hazırlayıb.

 


Xəbər xətti