I divizion klublarının cəzaları bəlli oldu

Sportarena.az      3 Mart 2015 , 13:22

İntizam Komitəsinin bu gün növbəti iclasını keçirib.

 

 

Sportarena.az xəbər verir ki, komitə I divizionun klublarına aşağıdakı cəza və cərimələri tətbiq edib:

 

 

Azərbaycan I divizionun XVII turunun “Zirə” – “Kəpəz”  matçında “Kəpəz” komandasının heyətində 7 №-li futbolçusu Ramil Həşimzadə adlı oyunçu turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 500 manat cərimə olunur (maddə 42.1).

“Neftçala” – “Turan-Tovuz” matçının 34-cü dəqiqəsində “Neftçala” klubunun 18 №-li futbolçusu Fərmayıl Əliyev qolu vurduqdan sonra təhqiredici jest etməsinə görə 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).

Azərbaycan I divizionun XVII turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçının 76-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi  Araz Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 100 manat cərimə olunur(maddə 62).

Oyunun 90-cı dəqiqəsində “Ağsu” klubunun 4 №-li futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I divizionun XVII turunun “Mil-Muğan” – “Şəmkir” matçının 21-ci dəqiqəsində “Mil-Muğan” klubunun 13 №-li futbolçusu Bayram Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin