Tərlan Əhmədov: "Bilirdim ki, gözəl oyun olmayacaq"

20:21 4 Mart 2015

 Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – AZAL oyununda qapılara qol vurulmadı. 

 

 

Sportarena.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov oyun haqqında fikirlərini bölüşüb:


“Futbolçulara tapşırmışdım ki, mümkün qədər qol vurmaq lazımdı.  Bilirdim ki, gözəl oyun olmayacaq. Odur ki, futbolçulardan sırf nəticə tələb etmişdim. Düzdür, qol vura bilmədik. Amma komandanın oyunundan razı qaldım. Hücumda müəyyən çətinliklərimiz oldu. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq. Düzdür, mən 1 həftə Bakıda olmamışam. Buna rəğmən, komanda proqram əsasında çalışıb. Mən olmadığım müddətdə görülən işdən razı qalmışam. Hər hansı bir nöqsan yoxdur”.  


Xəbər xətti