Əvəzedicilər: "Qəbələ" "Sumqayıt"la bacarmadı

17:23 7 Mart 2015

Bu gün əvəzedicilərin çempionatında XXV turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, oyunları eyni gündə baş tutan turda “Qəbələ” “Sumqayıt”la qarşılaşıb. Mövsümün ilk yarısında baş tutan iki oyunda rəqibini eyni hesabla (3:1) məğlub edən “qırmızı-qaralar” bu dəfə də meydana 3 xal üçün çıxıb. Luis Araqonun yetirmələri matça fəal başlayıb, erkən qolla hesabda önə keçib. Qonaqlar fasiləyədək hesabda tarazlıq yarada bilib. Mikayıl Rəhimov 11 metrlik cərimə zərbəsindən bərabərlik qoluna imza atıb. Bundan sonra “qırmızı-qaralar” qələbə qolunu vurmaq üçün irəli atılsa da, yaradılan imkanlardan istifadə edə bilməyib. 
 

“Qəbələ” – “Sumqayıt” – 1:1
Qollar:
Mirəli Məmmədzadə, 8 // Mikayıl Rəhimov, 31 (p.)
 


Digər xəbərlər

Xəbər xətti