Dadaşov oynadı, komandası 4 qolla qalib gəldi

13:21 8 Mart 2015

Almaniya çempionatının cənub regional liqasında 22-ci turun oyunları keçirilib.

 

 

Sportarena.az  xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryukken" də növbəti matçına çıxıb.

Futbolçumuzun klubu doğma meydanda "Baunatal"la qarşılaşıb. Matç meydan sahiblərinin 4:0 hesablı qələbəsilə başa çatıb. Rüfət matçın 73-cü dəqiqəsində, hesab 3:0 olarkən çıxıb.

Qeyd edək ki, "Saarbryukken" hazırda 46 xalla 3-cü pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti