Rəhbərlik "Çelsi" üzərində qələbə üçün mükafat vəd etdi

16:11 9 Mart 2015

PSJ rəhbərliyi Çempionlar Liqasında bundan sonra veriləcək mükafatların məbləğini açıqlayıb.

 

 

Sportarena.az xəbər verir ki, Paris klubu 1/8 final mərhələsində “Çelsi” səddini aşa bilsə, futbolçular 250 min avro qazanacaqlar.

 

Fransa təmsilçisi yarımfinala adlasa 450 min, ordan finala yüksəlsə 700 min, ÇL-in qalibi olarsa 1 milyon avro futbolçulara paylanacaq. Bu isə ümumilikdə 2,4 milyon avro deməkdi.

 

Qeyd edək ki, PSJ ilə “Çelsi” arasında baş tutan ilk oyunda 1:1 hesabı qeydə alınıb və cavab qarşılaşması martın 11-də Londonda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti