Sportarena.az
24 Noyabr 2017

Rusiya - Ukrayna görüşü ikinci dəfə təxirə salınıb

12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukraynanın kişi həndbolçulardan ibarət yığma komandaları arasında 2016-cı il Avropa çempionatının seçmə oyunu ikinci dəfə təxirə salınıb.

 

Sportarena.az Avropa Həndbol Federasiyasının (EHF) rəsmi saytına istinadən xəbər verir ki, buna iki ölkənin münasibətlərindəki gərginlik səbəb olub. 

Qurumun açıqlamasında bildirilir ki, EHF üçün matçların təhlükəsiz və siyasi məsələlərin minimal təsiri şəraitində keçirilməsi prioritet məsələdir: "Bunu nəzərə alaraq, biz Rusiya - Ukrayna qarşılaşmasının bu iki ölkədən birində təşkilini təsdiqləməyə hazır deyilik". 

Bu görüş öncə 29 oktyabr 2014-cü ildə baş tutmalı idi. Lakin siyasi səbəblər üzündən 28 aprelə keçirilmişdi. Oyunun yeni tarixi hələ açıqlanmır. 

Qeyd edək ki, AVRO-2016-nın final mərhələsi Polşada təşkil olunacaq. Hazırda Rusiya yığması 1 oyundan 2 xalla qrupda 2-ci, xalsız Ukrayna isə 4-cü yeri tutur. 

 

Tarix
11.03.15 [14:50]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

24 Noyabr
23 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio