Cerradla Karragerin vida oyunu: Əfsanələr "Enfild Roud"a yığışacaq

23:35 13 Mart 2015

Martın 29-da “Liverpul”azarkeşləri göz yaşlarını saxlaya bilməyəcək. Həmişə belə olub. Əfsanələrlə vidalaşanda adam duyğulanır.

 

 

Sportarena.az xəbər verir ki, martın sonlarında “Liverpul”un iki əfsanəsi Stiven Cerrard və Ceymi Karrager vida oyununda üz-üzə gələcək. Cerrardın komandası və Karragerin komandası arasında baş tutacaq matçın iştirakçıları da məlumdur. Veteranlar start heyətlərini açıqlayıblar. Milliyə çağırılmayan “Liverpul”un əsas komandasının bəzi üzvləri də vida matçında iştirak edəcək.

 

Cerrardın komandası

Bred Cons (Liverpul, İngiltərə)

Yon-Arne Riise (APOEL, Kipr)

Con Terri (Çelsi, İngiltərə)

Stiven Uornok (Derbi, İngiltərə)

Xabi Alonso (Bavariya, Almaniya)

Rayan Babel (Kasımpaşa, Türkiyə)

Kevin Nolan (Vest Hem, İngiltərə)

Stiven Cerrard (Liverpul, İngiltərə)

Fernando Torres (Atletiko, İspaniya)

Luis Suares (Barselona, İspaniya)

Tyerri Anri (karyerasını bitirib)

 

 

Karragerin komandası

Pepe Reyna (Bavariya, Almaniya)

Alvaro Arbeloa (Real, İspaniya)

Martin Kelli (Kristal Pelas, İngiltərə)

Ceymi Karrager (karyerasını bitirib)

Raul Meyreleş (Fənərbaxça, Türkiyə)

Luis Qarsiya (Atletiko de Kəlküttə, Hindistan)

Jonjo Şelvi (Suonsi, Uels)

Kreyq Nun (Kardiff, Uels)

Didye Droqba (Çelsi, İngiltərə)

Dirk Kuyt (Fənərbaxça, Türkiyə)

Kreyq Bellami (karyerasını bitirib)

 

Oyun martın 29-da "Enfild Roud" stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti