Cavadov və Məlikovun qarşılaşması baş tutmadı

17:36 15 Mart 2015

Türkiyə PTT 1-ci liqasında 24-cü turun oyunları keçirilir.

 

 

Sportarena.az xəbər verir ki, milimizin üzvü olan Vaqif Cavadovun çıxış etdiyi "Boluspor" doğma meydanda Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor"u qəbul edib. Görüşdə qonaqlar 1:0 hesabı ilə qələbə qazanıb. Cavadov start heyətində yer almasa da 80-cı dəqiqədən mübarizəyə qoşulub. Məlikov isə "18-liy"ə belə salınmayıb. 

 

Qeyd edək ki, hazırda Cavadovun komandası 31 xalla 10-cu, Məlikovun klubu isə 21 xalla 17-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti