“Beşiktaş”ın hücumçusu tarix yazdı

Sportarena.az      15 Mart 2018, 23:33

Türkiyə Superliqasının XXIV turu çərçivəsində evdə “Ərciyəsspor”la qarşılaşma “Beşiktaş”ın hücumçusu Demba Ba üçün əlamətdar olub.

 

 

 Sportarena.az xəbər verir ki, matçın 34-cü dəqiqəsində penaltidən fərqlənən senaqalı futbolçu İstanbul klubunda 24-cü qolunu vurub.

 

Demba Ba bu topların 15-ini ölkə çempionatı, 8-ini Avropa Liqası, 1-ini isə Türkiyə kuboku oyunlarında rəqib qapılarında keçirib.

 

Bununla da o, “qara qartallar”ın sabiq hücumçusu Paskal Numanı geridə qoyub. Fransalı futbolçunun aktivində 23 top var.

 

Qeyd edək ki, Demba Ba “Beşiktaş”da 24 top vurmaqla yanaşı, 7 dəfə də qol ötürməsinin müəllifi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin