İbrahimoviç üzr istədi: "Ünvanladığım sözlərə görə peşmanam"

11:16 16 Mart 2015

PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç hakimlərdən üzr istəyib.

 

 

Sportarena.az xəbər verir ki, o, Fransa çempionatının XXIX turu çərçivəsində “Bordo”ya məğlubiyyətdən sonra səsləndirdiyi fikirlərə görə peşman olduğunu bildirib.

 

Yenilgidən sonra açıqlama verən İbrahimoviç referiləri ağır şəkildə tənqid etmişdi. O, hakimlərin PSJ-nin qələbə qazanmasına mane olduqlarını dilə gətirmişdi. 34 yaşlı futbolçu ağır sözlərə görə üzr istəyib: “Mən bu cür hakimliyi qəbul edə bilmirəm. Referilər oyunu qaydalar çərçivəsində idarə etməlidilər. Bu cür halla ilk dəfə deyil ki, üzləşirik. İstənilən halda, hakimlərə ünvanladığım sözlərə görə peşmanam. Emosiyalara qapılaraq, elə dedim. Kimi məyus etdimsə, hamısından üzr istəyirəm”.

 

Qeyd edək ki, Liqa-1-də geridəqalan 29 turdan sonra 56 xal toplayan PSJ turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Parisliləri lider “Lion”dan 2 xal ayırır.  

 


Digər xəbərlər

Xəbər xətti