Kamran Ağayev üçün gürcü məşqçi

12:43 16 Mart 2015

Yığmamızın qapıçısı Kamran Ağayevin formasını geyindiyi “Kayserispor”da baş məşqçi dəyişikliyi ola bilər.

 

 

Sportarena.az xəbər verir ki, Kayseri təmsilçisi Superliqaya vəsiqə qazanarsa, hazırkı baş məşqçi Cüneyt Dumlupınarla yollarını ayıracaq.

 

“Kayserispor” rəhbərliyi Superliqada komandanı təcrübəli mütəxəssisə həvalə etmək niyyətindədi. Bu siyahıya isə yenicə “Kasımpaşa”dan istefa verən Şota Arveladze başçılıq edir. Klubun baş meneceri Süleyman Hurma artıq gürcü mütəxəssislə danışıqlara başlayıb. Hazırda PTT I liqasına başçılıq edən “Kayserispor” Superliqada Arveladzeyə tam səlahiyyət verəcəyini vəd edib.

 

Qeyd edək ki, Şota Arveladze 2010-2012-ci illərdə “Kayserispor”u çalışdırıb, “Kasımpaşa”ya da məhz ordan keçib.

 


Xəbər xətti