SÜRPRİZ: Droqba "Qalatasaray"a qayıtdı

23:24 16 Mart 2015

“Çelsi”nin Fildişi sahilindən olan ulduz futbolçusu Droqba, “Qalatasaray”ın bazasına gələrək keçmiş komanda yoldaşlarına sürpriz edib.

 

Sportarena.az xəbər verir ki, GS TV-yə açıqlama verən Droqba, “Yaxşı vaxtda gəldim. Mövsüm sonunda “Qalatasarayın” çempion olması üçün hamımız dəstək verməliyik. Çempion olacağımıza inanıram. Mövsüm sonunda çempionluğu qeyd etmək üçün buraya yenidən gəlmək istərdim” – deyib.

Qeyd edək ki, “Qalatasaray”da 2 mövsüm forma geymiş futbolçu çıxdığı 55 oyunda 22 qol vurmuşdu.

 


Xəbər xətti