Cavid İmamverdiyevin “Elazığspor”dan qovulmasının səbəbi açıqlandı

Sportarena.az      18 Mart 2018, 14:17

Milli komandamızın yarımmüdafiəçisi Cavid İmamverdiyevin “Elazığspor”da heyətdən kənarlaşdırılmasının səbəbi məlum olub.

 

 

Sportarena.az xəbər verir ki, Türkiyənin TRT-Spor kanalında yayımlanan “Hədəf Superliqa” verilişində bu məsələ araşdırılıb.

 

Verilişin qonaqları həm İmamverdiyev, həm Fabio Bilika, həm də Franko Kangelenin heyətdən kənarda qalmasının səbəbi kimi maliyyəni göstəriblər. Sən demə, klubun bu 3 əcnəbi futbolçuya borcu var imiş. Oyunçular da alacaqlarını tələb edincə, baş məşqçi Ümit Özat onların xidmətindən imtina edib. Verilişin aparıcısı bildirib ki, “Elazığspor” azarkeşləri rəhbərlikdən adıçəkilən futbolçularla bağlı çıxarılan qərarın səbəbini açıqlanmağı tələb edirlər.

 

Qeyd edək ki, müqavilə ilə “Neftçi”yə məxsus olan və mövsümün sonuna qədər “Elazığspor”a icarəyə verilən Cavid İmamverdiyev hazırda klubun bazasında Kangele və Bilika ilə birlikdə ayrıca məşq edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin