Qurban Qurbanov Diası əvəzedici heyətə göndərdi

15:04 18 Mart 2015

Qurban Qurbanov Danilo Diası əvəzedici heyətə göndərib.

 

 

Sportarena.az  хəbər verir ki, braziliyalı futbolçu dünən əvəzedicilərin çempionatında "Sumqayıt"a qarşı oynayıb.

 

Zədədən qayıtdıqdan sonra əsas heyətdə möhkəmlənməyə çətinlik çəkən Dias meydana start heyətində çıхıb və 88-ci dəqiqədə əvəzlənib.

 

Onunla yanaşı, Şəhriyar Əliyevlə Tərlan Quliyev də "Sumqayıt"a qarşı forma geyinib. Hər iki futbolçu 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"ı 2:0 hesabı ilə yenib.

 


Xəbər xətti