Alen Dopşi: "Azərbaycan favoritdir"

12:41 19 Mart 2015

Futzal üzrə Belçika yığmasının baş məşqçisi Alen Dopşi AÇ-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

 

 

Sportarena.az xəbər verir ki, o, komandasının 1:3 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:

"Bu, bizim üçün vacib oyun idi. Azərbaycan turnirin favoritidir. Mən "Araz Naxçıvan"ın ötən il Dördlər finalındakı oyununu izləmişdim. Onlar məndə xoş təəssürat yaratmışdılar. Azərbaycan yığmasının baş məşqçisi dəyişib. Amma yenə də yaxşı oyun sərgiləyirlər".

 


Digər xəbərlər

Xəbər xətti