Əvəzedicilər də cəzalandırılıdı

13:44 19 Mart 2015

İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri ilə bağlı aşağıdakı qərarlar qəbul olunub. 

 


Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “İnter”  – “Qəbələ”  matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVI turunun “Bakı”  – “Simurq”  matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Oyunun 78-ci dəqiqəsində “Bakı” klubunun 29 №-li futbolçusu Salman Altuxanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub .

 


Digər xəbərlər

Xəbər xətti