Avropa Çempionatı Bakı-2015 karate yarışlarına vəsiqə verəcək

15:47 20 Mart 2015

Türkiyədə keçiriləcək Avropa Karate Çempionatında idmançılar Avropa Oyunlarına vəsiqə qazana biləcəklər.

 

 

Sportarena.az  xəbər verir ki, karateçilər 19-22 mart tarixlərində İstanbulda keçiriləcək 2015 Avropa Karate Çempionatı zamanı Bakı 2015 Avropa Oyunlarına vəsiqə qazanmaq şansı əldə edəcəklər.

Bakı 2015-də medal qazandıracaq yarışlar bunlardır: kişilər arasında kata, kumite 60kq, kumite 67kq, kumite 75kq, kumite 84kq və kumite +84kq, eləcə də qadınlar arasında kata, kumite 50kq, kumite 55kq, kumite 61kq, kumite 68kq və kumite +68kq.

Avropa Çempionatında hər bir kateqoriya üzrə ən yüksək nəticə göstərən altı idmançı Bakı 2015-a lisenziya əldə edəcək.

Avstriya Karate Federasiyasının idman direktoru cənab Ervin Rot Avropa Çempionatında yüksək səviyyəli yarışlar gözlədiyini bildirib.

"Avropa Oyunları üçün kvalifikasiya səbəbindən tarixin ən çətin Avropa Çempionatı bu il keçiriləcək" – deyə cənab Rot bildirib və belə əlavə edib:

"Lakin Avropa Çempionatlarından əvvəlki son turnirlərdə formanın yüksəldilməsi və əla nəticələrin əldə edilməsi ilə bəzi yüksək yerlərin tutulması realdır".

Avstriyanın İstanbulda medala ən güclü namizədlərindən biri də dünya çempionatının bürünc medalçısı, 68 kq çəki dərəcəsində yarışan Alisa Buxinqerdir. Medal qazanmaq şansı olan digər avstraliyalılar Bettina Plank (50kq), Tomas Kaserer (75kq) və Stefan Pokornidir (67kq).

"Hamımızın məqsədi eynidir. Medal qazanmaqla Bakı 2015 Avropa Oyunlarına kvalifikasiya şansı əldə etmək istəyirik" – deyə Buxinqer bildirib.

 


Xəbər xətti