Ağayevli "Kayserispor" Superliqaya daha da yaxınlaşdı

17:41 22 Mart 2015

Türkiyə PTT 1-ci liqasında 25-ci tur çərçivəsində millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Dənizlispor"un qonağı olub.

 

 

Sportarena.az xəbər verir ki, start heyətində meydana çıxan Kamran 3 oyunluq "quru seriya"nı qoruya bilməsə də, komandasının qələbəsində böyük pay sahibi olub. Gərgin keçən matçda Kayseri təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, "Kayserispor" 25 turdan sonra 53 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti