"Xəzər Lənkəran"da şok qərarlar: “Komandadan birdəfəlik göndərilənlər olacaq” - AÇIQLAMA

14:49 23 Mart 2015

“Komandadan birdəfəlik göndərilənlər olacaq”.

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

 

AZAL-la son matçında məğlub olan “Xəzər Lənkəran” klubunun (3:1) əsas heyyətdəki bəzi futbolçuları əvəzedici heyətə göndərəcəyini xəbər vermişdik.

 

Lənkəranlıların baş məşqçisi Elbrus Məmmədov sportarena.az saytına açıqlamasında əvəzedicilərə göndəriləcək futbolçuların adlarını açıqlamasa da, bəzi futbolçuların komandadan göndərilə biləcəyinə işarə vurub.

“Göndərilənlərin hansı futbolçuların olacağını deyə bilmərəm. Yaxın günlərdə hər şey bilinəcək. Əsas məqsədimiz yaya qədər özünü təsdiqləmiş uşaqları üzə çıxartmaq idi. İndi də kimlərisə gələcəkdə komandaya layiq görmürüksə əvəzedici heyətə göndərəcəyik. Komandadan birdəfəlik göndərilənlər də olacaq. Bu onlara maliyyə cəhətdən də təsir edəcək.  Qışdan bəri bəzi futbolçularda maaş artımı oldu, əsas heyətdə oynadılar və arxayınlaşdılar. Nüanslar çodur”. – deyə Məmmədov bildirib.


Xəbər xətti